Mingəçevirdə 83 yaşlı kişini avtomobil vurub.

Leqal.info xəbər verir ki, Samir Əhmədov idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən piyada, 1940-cı il təvəllüdlü Sərvaz Orucovu vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info