Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Şəmkir şəhərinin 13-cü küçəsində baş verib.

1984-cü il təvəllüdlü Səbuhi Namazov yolu keçmək istəyən zaman onu avtomobil vurub. Xəstəxanaya yerləşdirilən piyadanın vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info