Göyçay sakini gecə saatlarında özünü bıçaqlayıb.

Leqal.info xəbər verir ki, Göyçay sakini 1996-ci il təvəllüdlü İsmayılov Nuru Ədalət oğlu gecə saatlarında rayon mərkəzi xəstəxanasına çatdırılib.

Sözügedən şəxs ağır xəsarətlər aldığı üçün həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info