Bakıda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Sabunçu rayonu, Balaxanı-Binəqədi şosesində baş verib.

Tərxan Qocayev idarə etdiyi "Opel Astra" markalı avtomobillə 2018-ci il təvəllüdlü Nurcan İsmayılovanı vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Elnurə Fərhadqızı
Leqal.info