Leqal.info xəbər verir ki, hadisə Binəqədi rayon ərazisində baş verib.
2000-ci il təvəllüdlü Cəfər Quliyev idarə etdiyi "Xəzər" markalı avtomobillə 1951-ci il təvəllüdlü Hümbət Nəsibovu vurub.
Piyada xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Elnurə Fərhadqızı
Leqal.info