Gəncədə yol nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. "Mercedes" markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info