Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.

Leqal.info xəbər verir ki, Xudat-Nabran yolunun Nabran qəsəbəsi ərazisindən keçən hissəsində 1990-cı il təvəllüdlü Hacbaba Xanmusayev idarə etdiyi "Nissan X-Trail" markalı avtomobillə yolu keçən 1985-ci il təvəllüdlü Bəhruz Bayramovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info