Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Səbail rayonu, Salyan şossesində baş verib.

2001-ci il təvəllüdlü Əlibala Musayev etibarnaməsiz xalası oğluna məxsus "Hyundai Santa Fe" markalı avtomobillə yolu keçən 1970-ci il təvəllüdlü Cahid Əsgərovu vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elvin Mahmudlu
Leqal.info