Ağcabədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Leqal.info xəbər verir ki, 2001-ci il təvəllüdlü Şamil Qasımov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə idarəetməni itirək iki avtomobilə toqquşub və yolun kənarında olan piyada 1955-ci il təvəllüdlü Mahir Məmmədovu vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elvin Mahmudlu
Leqal.info