Tovuzda zəhərlənmə olub.

Leqal.info xəbər verir ki, hadisə Dondar Quşçu kəndində qeydə alınb.

1990-ci il təvəllüdlü Xəyal Məhərrəmov, 1994-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 2014-cü il təvəllüdlü Gülay Bayramova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Tibbi yardım göstərilən xəstələrin vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata əsasən, onlar qarpız yedikdən sonra zəhərləniblər.

Elvin Mahmudlu
Leqal.info