Leqal.info xəbər verir ki, hadisə dünən Naxçıvan şəhəri, Əcəmi 4, ev 25 ünvanında baş verib. Qaz sızması nəticəsində 1996-cı il təvəllüdlü Məmmədli Gülnar Kamil qızı, 2000-ci il təvəllüdlü Məmmədli Duyğu Orxan qızı və 2016-cı il təvəllüdlü Məmmədli Gülşən Orxan qızı zəhərlənib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyətləri sabitdir.
Faktla bağlı araşdırma aparılır.
Elnurə Fərhadqızı
Leqal.info