Şəmkirdə yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Çaparlı kəndində baş verib. Hərəkətdə olan "Mercedes" minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1999-ci il təvəllüdlü Samir Mehdizadə və 1970-ci il təvəllüdlü Reyhan Mehdiyava xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info