Goranboyda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində baş verib.

Hərəkətdə olan "Lifan" markalı maşın yoldan çıxaraq ağaca, daha sonra qaz borusuna çırpılıb.

Hadisə zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info