Cəlilabad rayonunda evdən asılmış qadın meyiti tapılıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Cavadxan küçəsində baş verib.

Belə ki, Rəqsanə Mirişovanın meyiti həmin küçədə evlərdən birində asılmış vəziyyətdə aşkar edilib. Hadisənin intihar olub-olmaması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info