Astarada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Astara rayonu ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili rayonun Səncərədi kənd sakini, 1992-ci il təvəllüdlü Ramil Nağdəli oğlu Məmmədlini vurub.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Ramil Məmmədlinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info