Sumqayıt sakini qohumunu bıçaqlayıb.

Leqal.info xəbər verir ki, 1981-ci il təvəllüdlü Məmmədov Vüqar Vaqif oğlu Sumqayıt şəhəri 4-cü mikrorayon 7 saylı binanın qarşısında aralarında baş vermiş mübahisə zamanı qohumu 1979-cu il təvəllüdlü Əliyev Elşən Cəbrayıl oğlu bıçaqlayıb. Məmmədov Vüqar Vaqif oğlu şübhəli şəxs qismində tutulub.

Fakt üzrə cinayət işi başlanılıb və istintaq davam etdirilir.

Elvin Mahmudlu
Leqal.info