Göygöldə bıçaqlanma baş verib.

Leqal.info xəbər verir ki, Mollacəlilli kəndində yaşayan Əhmədov Nəsrəddin Yamən oğlu ilə həmkəndlisi Nağızadə Ayxan Elçin oğlunun barəsində nalayiq ifadələr işlətməsi səbəbindən aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Ayxan Nağızadə üzərində olan bıçaqla Nəsrəddin Əhmədovu bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanıb, Ayxan Nağızadə şübəli şəxs qismində saxlanılıb.

Elnurə Fərhadqızı
Leqal.info