Leqal.info xəbər verir ki, hadisə rayonun Ləkin kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü Söhbət Məmişov, idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə hərəkətdə olarkən, qəfildən ağır tonnajlı maşını aşırıb. Sürücü ölüb. Meyit avtomobildən çıxarılıb. İlkin məlumata əsasən, sürücü yük maşını aşmamışdan əvvəl ürəktutmasından vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Elvin Mahmudlu
Leqal.info