Sabirabadda iki avtomobil toqquşub, sürücülər xəsarət alıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Həşimxanlı kəndi ərazisində baş verib.

Belə ki, rayonun Bulduq kənd sakini, 1985-ci il təvəllüdlü İmanov Ruhul Sahil oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən rayonun Həşimxanlı kənd sakini, 1994-cü il təvəllüdlü Cabbarlı Kamran Qafar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə toqquşub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü Sabirabad Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info