Qaxda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.

Leqal.info xəbər verir ki, rayonun İngiloy Kötüklü kənd sakini, 1991-ci il təvəllüdlü Okrocanaşvili Romani Rajoyeviçin idarə etdiyi “Mercedes” markalı avtomobil Qıpçaq kəndi istiqamətində hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı xəsarət alan 3 sərnişin Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info