Zərdabda 23 yaşlı oğlan ölü vəziyyətdə aşkarlanıb.

Leqal.info xəbər verir ki, 2000-ci il təvəllüdlü Bıçaqçı kənd sakini Səmədov Bilal Sabir oğlunun meyiti atası Sabir Səmədov tərəfindən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövlədə asılmış vəziyyətdə tapılıb.

Onun intihar etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info