Ağcabədi sakinini ildırım vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Gələbədin kəndində baş verib.

1983-cü il təvəllüdlü Samir Əkbərov özünə məxsus torpaq sahəsində təsərrüfat işləri görərkən ildırım vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info