Bərdədə 42 yaşlı kişi evinin həyətindəki mal damında ölü vəziyyətdə tapılıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Mustafaağalı kəndində baş verib.

1981-ci il təvəllüdlü Yaşar Səfərovun meyiti evinin həyətindəki mal damında mələfə parçasından asılı vəziyyətdə aşkarlanıb.

Onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info