Sumqayıtda 90 yaşlı qadını avtomobil vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, Məmmədov Bəhmən Xudayar oğlu “Dacia Logan” markalı avtomobilini Sumqayıt şəhəri, N.Nərimanov küçəsi 119 ünvanında arxa-arxaya idarə edən zaman, yolu soldan sağa keçmək istəyən piyada, 1933-cü il təvəllüdlü Qasımova Pərnisə Əmirqulu qızını vurub.

Sözügedən şəxs aldığı xəsarətlərdən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüb.

Faktla əlaqədar cinayət işi başlanaraq istintaqı aparılır.

Elvin Mahmudlu
Leqal.info