Xaçmaz şəhərində qohumlar arasında insident olub.

Leqal.info xəbər verir ki, hadisə bu gün Xaçmaz şəhəri, Qələbə küçəsində baş verib.

1952-ci il təvəllüdlü Haqverdiyeva Məryəm Mayıl qızı qohumu ilə mübahisə zamanı bıçaq xəsarəti alıb. Yaralıya Xaçmaz rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info