Sabirabadda yol qəzası olub, 4 nəfər xəsarət alıb.

Leqal.info xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaragüney kəndindən keçən hissəsində baş verib.

Yüksək sürətlə hərəkətdə olan “Toyota Prado” markalı avtomobil “Opel” markalı avtomobilə dəyərək yolun kənarındakı kanala aşıb, oradan da kanalın digər sahilinə yuvarlanıb. Nəticədə avtomobildə olan İmişli rayonunun Boşçalılar kənd sakinləri, 1963-cü il təvəllüdlü Cəfərov Bayram Saday oğlu, 1968-ci il təvəllüdlü Nuriyeva Sevil Usub qızı, 1995-ci il təvəllüdlü Əliyev İlkin İlqar oğlu və 1996-cı il Cəfərov Seymur Bayram oğlu (sürücü) müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Bayram Cəfərovun vəziyyətinin ağır olduğu bildirilir.

Elvin Mahmudlu
Leqal.info