Neftçalada minik avtomobili aşıb.

Leqal.info xəbər verir ki, hadisə Neftçala rayonunun Xıllı kəndi ərazisində baş verib.

Belə ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 4 nəfər - Salyan rayon sakinləri, 2015-ci il təvəllüdlü Məmmədli Leyla Rauf qızı, 2021-ci il təvəllüdlü Məmmədli Humay Rauf qızı, 1964-cü il təvəllüdlü Məmmədova Yeganə Abdulla qızı və 1971-ci il təvəllüdlü Əliyev Elşad Aydın oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info