Naxçıvan şəhərində 3 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb.

Leqal.info xəbər verir ki, yol-nəqliyyat hadisəsi İstiqlal küçəsində qeydə alınıb.

Belə ki, 3 avtomobilin toqquşması nəticəsində Naxçıvan şəhər sakini, 2003-cü il təvəllüdlü Hüseynli Rəqsanə Pünhan qızı xəsarət alıb. Xəstəxanaya yerləşdirilən R.Hüseynlinin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info