Sumqayıtda yol nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində, Nəriman Nərimanov küçəsində baş verib.

Belə ki, yolu keçmək istəyən 1953-cü il təvəllüdlü Hüseynova Mayxanım Maqsud qızını avtomobil vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info