Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin mikrorayon adlanan ərazisində baş verib.

Yolu keçən 2004-cü il təvəllüdlü Ordubad rayon Gənzə kənd sakini, Naxçıvan Universitetinin tələbəsi Həsənova Hökümə Şəhrud qızını avtomobil vurub.

Naxçıvan Muxtar Respublika Xəstəxasına yerləşdirilən zərərçəkənin vəziyyəti sabit olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info