Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Hirkan qəsəbəsi ərazisində baş verib. Hərəkətdə olan "KİA" markalı nəqliyyat vasitəsi, Lənkəran rayonunun Mamusta kənd sakini, 1992-ci il təvəllüdlü Cümşüd Faiq oğlu Faiqzadənin idarə etdiyi motosikletlə toqquşub. Nəticədə motosiklet sürücüsü ağır bədən xəsarətləri alıb. Əraziyə çağırılan təcili tibbi yardım avtomobili ilə yaralı Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıb. C.Faiqzadə yolda ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info