Cəlilabad rayonunda ağır yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

"VAZ 2107" markalı minik avtomobilinin motosikletə çırpılması nəticəsində motosikletdə olan şəxslər, Cəlilabad sakinləri - 1977-ci il təvəllüdlü Ehtiram Nəsirov və 1976-ci il təvəllüdlü Vüqar Camalov xəsarət alıb. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info