Leqal.info xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran - Boradigah - Masallı yolunda, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. "Opel" markalı minik avtomobili həmin kənd sakini, 1991- ci il təvəllüdlü Xeyrəddin Sübhan oğlu Rəcəbovu vurub. X.Rəcəbov aldığı xəsarətlərdən ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Elvin Mahmudlu
Leqal.info