Lənkəranda minik avtomobili bacı və qardaşı vurub.

Leqal.info xəbər verir ki, hadisə günorta saatlarında, rayonun Sütəmurdov kəndi ərazisində baş verib. Hərəkətdə olan "Chevrolet Cruze" markalı minik avtomobili bacı və qardaş olan 2005 - ci il təvəllüdlü X. Süleyman qızı Kərimova və 2006 - cı il təvəllüdlü H. Süleyman oğlu Kərimovu vurub. Ağır xəsarət alan bacı - qardaşa Lənkəran rayon mərkəzi xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info