Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsində baş verib. Minik maşınının aşması nəticəsində Hacıqabul rayonunun Muğan kənd sakini,1991-ci il təvəllüdlü Əliyev İsrafil Həbib oğlu ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info