Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində baş verib.

"Hyundai" markalı avtomobil yoldan çıxaraq dəmir səddə çırpılıb və aşıb. Qəza nəticəsində avtomobildə olan Bakı sakinləri, 1972-ci təvəllüdlü Xurşudova Səadət Bəylər qızı və 1991-ci il təvəllüdlü Quliyeva Fatimə Qəzənfər qızı ağır xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info