Köhnə Ələt - Astara magistralında yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Cəlilabad rayonu ilə Biləsuvar rayonunu birləşdirən yolda baş verib. Hərəkətdə olan "VAZ 2107' markalı minik avtomobili ilə "QAZel" markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində xəsarət alan minik avtomobilinin sürücüsü, Masallı rayon sakini, 1977-ci il təvəllüdlü Vüsal Əhməd oğlu İsrafilov Biləsuvar Rayon Mərkəzi xəstəxanasına çatdlrılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info