Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.

Leqal.info xəbər verir ki, hadisə Saatlının Qaranuru kəndində qeydə alınıb. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən 8 məktəbli Saatlı rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info