Ucarda gün ərzində iki yol qəzası olub.

Leqal.info xəbər verir ki, birinci hadisə bu gün səhər saatlarında şəhərin Elnur Hacıyev küçəsində qeydə alınıb.

"Mercedes Vito" markalı avtomobil yolu keçmək istəyən velosipedçi, Ucar rayon sakini, 1972-ci il təvəllüdlü Elşad Ələkbərovu vurub.

İkinci hadisə isə axşam saatlarında şəhərin Koroğlu küçəsində baş verib. "Volkswagen" markalı minik maşını piyada, 1968-ci il təvəllüdlü Zümrüd İsmayıl qızı Musayevanı vurub.

Ağır xəsarətlər alanlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər iki şəxsə xəstəxanada zəruri tibbi yardım göstərilib.

İlkin ehtimala əsasən, hadisənin baş verməsinin əsas səbəbi küçənin işıqlandırılmaması olub.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info