Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Xırdalan qəbiristanlığının qarşısında baş verib. “Opel” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info