Leqal.info xəbər verir ki, hadisə rayonun Bayramlı kəndində baş verib.
Kənd sakini Şakir Yunisova məxsus ümumi sahəsi 700 kv.m olan soyuducu anbarında anidən yanğın olub. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı anbarın 30 kv m yanıb. Yanğın söndürülüb, anbarın qalan hissəsi mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Elvin Mahmudlu
Leqal.info