Cəlilabadda bir ailə qidadan zəhərlənib.

Leqal.info xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib. Kənd sakinləri 1998-ci il təvəllüdlü S. Zeynalova, 1959-cu il təvəllüdlü İ. Zeynalov və 1963-cü il təvəllüdlü X. Zeynalova ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. İlkin məlumata əsasən, ailə üzvləri qəbul etdikləri qidadan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info