Oğuzda 37 yaşlı kişi sirkə turşusundan zəhərlənib.

Leqal.info xəbər verir ki, Oğuz rayonunun Qumlaq kənd sakini 1986-cı il təvəllüdlü Rəhman Bəxtiyar oğlu Hacıyev zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edib.

Müayinə əsnasında R. Hacıyevin ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərləndiyi məlum olub. R.Hacıyevə xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Şəki RMX-a göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info