Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

Leqal.info xəbər verir ki, hadisə Gözbarax kəndində qeydə alınıb.

Rayonun Yeni Suvagil kənd sakini, 1989-cu il təvəllüdlü Rövşən Abdulsalam oğlu Qurbanovun idarə etdiyi "KIA" markalı 99-RA-501 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə aşıb.

Qəza zamanı sükan arxasında sıxılmış vəziyyətdə qalan sürücü R.Qurbanovu avtomobildən çıxarmaq üçün əraziyə FHN-in Zaqatala rayon DYMH-nin texnikası və yanğınsöndürən xilasediciləri cəlb edilib.

Sözügedən şəxs avtomobildən çıxarılaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info