Bakının Sabunçu rayonunda bıçaqlanma olub.

Leqal.info xəbər verir ki, hadisə Savalan yaşayış massivində baş verib.

Belə ki, 1996-ci il təvəllüdlü Emin Eynullayev tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Ağır xəsarət alan E.Eynullayev Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info