İsmayıllıda iki avtomobil toqquşub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Qurbanəfəndi kəndində baş verib. "Mercedes" və "İsuzu" markalı avtomobillərin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Ələsgərli Elşen Söhrab oğlu və 2000-ci il təvəllüdlü Abbasov İslam Əmirşah oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info