Xudatda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Xudat-Nabran avtomobil yolunun Müqtədir qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, "VAZ-2106" və "VAZ-2105" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Səfərov Elvin Mahir oğlu, 1991-ci il təvəllüdlü Şahverdiyev Elşad Hikmət oğlu, Əlimuradov Aydın Məlik oğlu və 2000-ci il təvəllüdlü Şahbazov Seyid İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info