Leqal.info xəbər verir ki, hadisə Qaragüney kəndində baş verib.
“Belə ki, “Mersedes” markalı avtomobil hərəkətdə olan digər avtomobillə toqquşub.
Qəza nəticəsində rayonun Nizamikənd kənd sakinləri - 1992-ci il təvəllüdlü Fətizadə Elşad Elman oğlu və 2001-ci il təvəllüdlü Həsənov Məhərrəm Ədalət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Elvin Mahmudlu
Leqal.info