Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində baş verib.

Belə ki, hadisə 1959-cu il təvəllüdlü Nabil Şahmarova məxsus fərdi yaşayış evində olub.

Yanğın yerinə Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Hadisə nəticəsində 1997-ci il təvəllüdlü X.Şahmarova və ev sahibi yanıq xəsarətləri alıb.

Vəziyyəti ağır olan 26 yaşlı qadın Bakı şəhərindəki Yanıq Mərkəzinə göndərilib.

Elvin Mahmudlu
Leqal.info