Leqal.info xəbər verir ki, hadisə rayonun Bədo adlanan ərazisində baş verib. "Tofaş" markalı avtomobil idarəetməni itirərək "KamAZ" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində İsmayıllı sakini 1978-ci il təvəllüdlü Ziliyev Vüqar Təşkilat oğlu və Laçın sakini 1990-cı il təvəllüdlü Məmmədov Elvin Əvəz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Elvin Mahmudlu
Leqal.info